Senior Backend Developer - Ödənişlər Biznesi

m10

Company
m10
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
05.12.2026

Texnologiyalarla işləməyi, mürəkkəb problemlərə effektiv həllər tapmağı və keyfiyyətli proqram təminatı yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Backend Developer kimi dəvət edirik.

Bu rolda backend servislərinin və API-lərin hazırlanması, mövcud sistemlərin təkmilləşdirilməsi və yeni funksiyaların həyata keçirilməsində iştirak edəcəksiniz. Müasir texnologiyalardan istifadə edərək performanslı, etibarlı və miqyaslana bilən həllər yaradacaqsınız.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Backend servislərini və API-ləri hazırlamaq və dəstəkləmək.
  • Tech Lead və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli proqram təminatı həlləri təqdim etmək.
  • Ən yaxşı proqramlaşdırma təcrübələrinə uyğun, təmiz, effektiv və yaxşı test edilmiş kod yazmaq.
  • Backend tətbiqlərinin performansını optimallaşdırmaq və etibarlılığını təmin etmək.
  • Verilənlərin səmərəli idarə olunmasını və verilənlər bazası miqrasiyalarını təmin etmək.
  • Proqramlaşdırma, test və deployment proseslərində ən yaxşı təcrübələri tətbiq etmək və onlara riayət etmək.
  • Sistemin dayanıqlılığını təmin etmək üçün production mühitində yaranan problemləri araşdırmaq, sazlamaq və həll etmək.

Tələblər

  • Java Developer kimi minimum 3 il iş təcrübəsi
  • Java 17 və daha yuxarı versiyalar üzrə yaxşı biliklər
  • OOP, Data Structures & Algorithms, Design Patterns və SOLID prinsipləri üzrə güclü biliklər
  • Microservices Architecture və Distributed Systems üzrə təcrübə
  • Güclü ünsiyyət bacarıqları: Azərbaycan dilində sərbəst danışıq, ingilis dili biliyi üstünlükdür
  • Bank təcrübəsi üstünlükdür

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Skills: Java, Java 17, Backend Development, API, OOP, Data Structures & Algorithms, Design Patterns, SOLID, Microservices Architecture, Distributed Systems, Database Migration, Deployment