Xidmət Sektorları Üzrə Partnyorluq Şöbəsi Mütəxəssis

Birbank

Company
Birbank
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
20.11.2026

Bir Ekosistem daxilində partnyorlarla əməkdaşlığın idarə olunması, satışların artırılması və biznesin inkişafına töhfə verəcək mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Mövcud partnyor bazasının idarə olunması, partnyor istəklərinin çevik icra olunması və ya aidiyyatı üzrə digər strukturlara yönləndirilməsi;
  • Partnyorlara ekosistem məhsulları və xidmətləri haqqında ətraflı, dolğun məlumatların verilməsi;
  • Banka perspektivli partnyorların cəlb olunması;
  • Satış planlarının hazırlanması və icrası;
  • Partnyorlarla danışıqların aparılması və müqavilələrin imzalanmasına nəzarət;
  • Partnyorlarla satışın artırılmasına yönəlik kampaniya modellərinin razılaşdırılması və tətbiqi;
  • Portfel ilə bağlı aylıq və rüblük təhlillərin hazırlanması;
  • Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi.

Tələblər

  • Ali təhsil;
  • Korporativ və partnyorlarla iş üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili əla səviyyədə tələb olunur, Rus və ya İngilis dili biliyi üstünlükdür;
  • MS Office proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
  • Müstəqil və komandada işləmə qabiliyyəti;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Operativlik, eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və paralel şəkildə idarə etmək qabiliyyəti.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Skills: Satış, Partnyorlarla iş, Satış planlaması, Danışıqlar, Müqavilə idarəetməsi, Kampaniya idarəetməsi, Portfel təhlili, Bazar təhlili, MS Office, Azərbaycan dili, Rus dili, İngilis dili