- İcbari Tibbi Sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin koordinasiyasını həyata keçirmək;
- Pasiyentlərin sığorta statusunu yoxlamaq və xidmətlərin sığorta uyğunluğunu qiymətləndirmək;
- e-Təbib informasiya sistemində tibbi xidmətlərin düzgün qeydiyyatına və məlumatların tamlığına nəzarət etmək;
- e-Təbib sistemində yaranan texniki və əməliyyat xarakterli uyğunsuzluqları müəyyən etmək və aidiyyəti struktur bölmələrlə birlikdə aradan qaldırılmasını təmin etmək;
- Xəstəxana İnformasiya Sistemi (HIS/Pusula) ilə işləmək, sistemlərarası məlumat uyğunluğunu izləmək;
- Könüllü tibbi sığorta şirkətləri ilə gündəlik yazışmaları və əməliyyat proseslərini həyata keçirmək;
- Sığorta müqavilələrinin icrasını izləmək və hesabatlar hazırlamaq;
- Sığorta prosesləri üzrə statistik və analitik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə təqdim etmək;
- İcbari Tibbi Sığorta Agentliyi və digər tərəfdaş qurumlarla işgüzar əməkdaşlıq aparmaq;
- Sığorta sahəsində normativ-hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və tətbiq etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil
- Ali təhsil (Tibb, İctimai səhiyyə, Səhiyyə idarəçiliyi, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar).
İş təcrübəsi
- Səhiyyə və ya tibbi sığorta sahəsində minimum 2 il iş təcrübəsi;
- İcbari Tibbi Sığorta sistemi ilə iş təcrübəsi üstünlük hesab olunur.
Peşəkar bilik və bacarıqlar
- İcbari Tibbi Sığorta sistemi üzrə bilik;
- e-Təbib informasiya sistemi ilə işləmək bacarığı (mütləq tələb);
- Hospital Information System (HIS/Pusula və ya analoji sistemlər) ilə işləmək bacarığı üstünlükdür;
- Tibbi sənədləşmə və tibbi terminologiya üzrə bilik;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Analitik hesabatların hazırlanması bacarığı.
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə bacarığı;
- Məsuliyyətli və dəqiq işləmək;
- Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Problem həll etmə və qərarvermə bacarığı;
- Öyrənməyə və peşəkar inkişafa açıq olmaq.
Skills: İcbari Tibbi Sığorta, e-Təbib, HIS/Pusula, Tibbi sənədləşmə, Tibbi terminologiya, Excel, Analitik hesabat