Vəzifə öhdəlikləri:
- Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran sualları cavablandırmaq və müvafiq məsləhətlər vermək;
- Sığortalıların şikayət və müraciətlərini dinləmək, onların müvafiq tibb müəssisəsinə və ixtisaslı mütəxəssisə yönləndirilməsi ilə bağlı qərar qəbul etmək;
- Sığorta hadisəsi barədə məlumat daxil olduqdan (sığortalının müraciətindən sonra) dərhal sığortalının müvafiq tibb müəssisəsinə yönləndirilməsini təmin etmək;
- Sığortalıların müraciətləri barədə məlumatları müvafiq qeydiyyat bazasına daxil etmək;
- Göstərilən tibbi xidmətlərdən sığortalıların məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlarla mütəmadi əlaqə saxlamaq;
- Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicə prosesinin gedişatına və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək;
- Klinikalar tərəfindən təqdim olunan reyestrləri müvafiq məlumat bazasına daxil etmək və emal etmək;
- Daxili proqram təminatının məlumat bazasında əks olunan məlumatlar əsasında hesabatlar hazırlamaq;
- Tibbi yardımın təşkili şöbəsinin gündəlik fəaliyyətinin həyata keçirilməsində iştirak etmək.
Tələblər
Namizədə dair tələblər:
- Tibb sahəsi üzrə ali təhsil (müalicə işi ixtisası üzrə təhsili olan namizədlərə üstünlük verilir);
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Ofis proqramlarından istifadə bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığı;
- Analitik düşünmə, ünsiyyət və problemləri operativ həll etmə bacarığı.
Skills: Tibb təhsili, Müalicə işi, Azərbaycan dili, Rus dili, İngilis dili, MS Office, Məlumat bazası, Hesabat hazırlama, Tibbi xidmətlər