Növbə rəisi (Aeroport)

Silk Row Travel

Company
Silk Row Travel
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
22.11.2026

VƏZIFƏ ÖHDƏLİKLƏRİ:

Ø Növbə əməkdaşlarının fəaliyyətinə, iş intizamına və vəzifə öhdəliklərinin düzgün icrasına nəzarət etmək;

Ø İşçilər arasında iş bölgüsünü aparmaq, gündəlik tapşırıqları çatdırmaq və icrasını təmin etmək;

Ø Sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsinə, növbə qaydalarına və xidmət standartlarına riayət olunmasına nəzarət etmək;

Ø Aviabiletlərin bronlaşdırılması və satışı, tariflərin və yığımların düzgün tətbiqi, ödənişlərin qəbulu və daşıma sənədlərinin rəsmiləşdirilməsinə nəzarət etmək;

Ø Hesabatların vaxtında hazırlanmasını və vəsaitlərin təhvil verilməsini təmin etmək;

Ø İşçilərə gündəlik təlimatların verilməsini, geyim qaydalarına, iş qrafikinə və şirkətin daxili prosedurlarına riayət olunmasını təmin etmək;

Ø Növbənin iş prosesində yaranan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək və rəhbərliyə məlumat vermək;

Ø Sərnişinlərin tələblərinə uyğun uçuş marşrutları və sərfəli variantlar təklif edilməsinə nəzarət etmək;

Ø Kollektivdə işgüzar mühitin və qarşılıqlı əməkdaşlığın təmin edilməsində iştirak etmək.

İŞ QRAFİKİ:

  • 2 növbəli:

1-ci növbə saat 08:00-dan – saat 20:00-dək,

2-ci növbə saat 20:00-dan – saat 08:00-dək

(ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir)

ƏMƏK HAQQI:

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

İŞ YERİ:

  • Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı

Tələblər

Dil biliyi:

  • Azərbaycan dili-əla,
  • Rus və İngilis dili arzu olunandır;
  • Yaş 25-45, yalnız bəy namizədlər üçün
  • Ali təhsilli və idarəetmə sahəsində ən azı 2 illik iş təcrübəsi.

Kompüter biliyi:

  • MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);

Bacarıq və şəxsi keyfiyyətlər:

  • İşgüzar ünsiyyət və yazışmalar etikası;
  • Kollektivdə işləmək bacarığı;
  • Səliqəlilik;
  • Məsuliyyət;
  • Stresə davamlılıq;
  • Diqqətlilik;
  • Dəqiqlik;
  • İnsanlarla işləmək bacarığı.

Skills: Azərbaycan dili, Rus dili, İngilis dili, İdarəetmə, Aviabilet bronlaşdırılması, Aviabilet satışı, Tariflərin tətbiqi, Ödənişlərin qəbulu, Daşıma sənədləri, Hesabatların hazırlanması, Microsoft Office