- Gündəlik və ya həftəlik arxiv cədvəlini qəbul etmək, yoxlamaq və koordinatorlara yönləndirmək;
- Efir cədvəlində anons, sosial reklamların kanalın yayım konsepsiyasına uyğun yerləşdirilməsinə nəzarət etmək;
- Reklamların Azərbaycan Respublikası “Rekam yayımı haqqında qanunu”-nun tələbinə uyğun yerləşdirilməsinə nəzarət etmək;
- Efir cədvəlinə daxil olunmayan və yayımdan çıxan reklamlar haqqında Kommersiya departamentinə səbəbini yazmaqla xəbərdarlıq məktubu göndərilməsinə nəzarət etmək;
- Tələb olunduqda Kommersiya departamentinə növbəti günlük və ya həftəlik reklam həcmi barədə məktub göndərilməsini təmin etmək;
- Növbəti günün təsdiq edilmiş proqramına uyğun – anons, sosial reklam və reklam da daxil olmaqla hazırlanmış efir cədvəlinin 17:30-dək rəhbərlik və müvafiq bölmələrə göndərilməsini təmin etmək;
- Dövlət, hökümət və mədəniyyət tədbirlərinin yayımı ilə əlaqədar proqramda baş verən dəyişikliklərin icrasını operativ təmin etmək;
- Efiri izləmək və yayımla bağlı rəhbərliyə operativ məlumatlar vermək;
- Efir rejissor, prodüser və koordinatorları ilə daim əlaqədə olmaq və onları işin gedişində baş verən dəyişikliklər barədə məlumatlandırmaq;
- Profilaktika günlərində efirin texniki vasitələrinin yoxlanılmasına nəzarət etmək;
- Tələb olunduqda efirlə bağlı müvafiq hesabatlar hazırlamaq, məktublar yazmaq.
Tələblər
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Mükəmməl Azərbaycan, İngilis və Rus dili bilikləri;
- MS Office, Easy Editor, Easy On Ear və Title Box proqramlarında sərbəst işləmək bacarığı;
- AR Televiziya Yayımı, AR Reklam və AR Azərbaycan dili haqqında qanunlarını bilmək;
- Geniş dünya görüşünə malik olmaq;
- Ünsiyyət qurma bacarığı;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq.
Skills: Azərbaycan dili, İngilis dili, Rus dili, MS Office, Easy Editor, Easy On Ear, Title Box, Televiziya yayımı qanunvericiliyi, Reklam qanunvericiliyi, Azərbaycan dili qanunvericiliyi, İnsan resurslarının idarə olunması